ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyat plan üzrə uğurla davam edir.
Globalinfo.az xəbər verir ki, bu fikirləri “Fox News” kanalına verdiyi müsahibə zamanı səsləndirib.
Rubionun sözlərinə görə, müəyyən olunmuş hədəflər vaxtında, bəzi hallarda isə planlaşdırılandan da tez yerinə yetirilir və əməliyyatın yekunlaşması artıq uzaq perspektivdə deyil.
“Bu proses nə bu gün, nə də sabah tamamlanacaq, amma şübhəsiz ki, sona çatacaq. Birləşmiş Ştatlar İranın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə ciddi zərbə endirib. Əməliyyat çərçivəsində raket sistemlərinin böyük hissəsi sıradan çıxarılıb, eyni zamanda ölkə daxilində raket və pilotsuz uçuş aparatları istehsal edən obyektlərin məhv edilməsi prosesi davam edir”, – deyə o, əməliyyatın bitmə vaxtı ilə bağlı suala cavab verib.
Safura Bənnayeva
Globalinfo.az