İrandan Türkiyəyə atılan raket zərərsizləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında İrandan Türkiyəyə atılan 4-cü ballistik raketin zərərsizləşdirildiyi bildirilib.
“İrandan buraxıldığı və Türkiyənin hava məkanına daxil olduğu müəyyən edilən ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raket hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib”, – deyə Türkiyə MN qeyd edib.
Tahir Turan
Globalinfo.az