Ermənistanın sabiq Prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın mümkün müharibə ilə bağlı açıqlamalarını tənqid edib.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Sərkisyan jurnalistlərə açıqlamasında Paşinyanın iddialarının əsassız olduğunu bildirib.
“Bunlardan nə gözləmək olar ki? Ağıllarına nə gəldi deyirlər”, – deyə o qeyd edib.
Sərkisyanın sözləri Paşinyanın seçkilərdə müxalifətin qalib gələcəyi təqdirdə sentyabr ayında Azərbaycanla yeni müharibə riski ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq səslənib.