s%C9%99udiyy%C9%99

ABŞ administrasiyası Səudiyyə Ərəbistanına əlavə silah və sursat tədarükü ilə bağlı müraciətə müsbət cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, Yaxın Şərqdə davam edən münaqişə fonunda Səudiyyə Ərəbistanının silah ehtiyatları azaldığı üçün Vaşinqton ölkənin müdafiəsini gücləndirmək məqsədilə bu addımı atıb. ABŞ həmçinin İran tərəfindən mümkün hücumlara qarşı Ər-Riyada dəstək göstərmək niyyətində olduğunu bildirib və silah-sursat ehtiyatlarının artırılması ilə bağlı sorğuları qəbul edib.

Bundan əlavə, ABŞ üçüncü ölkələrə də Amerika istehsalı olan hərbi texnikanı Səudiyyə Ərəbistanına çatdırmağa icazə verib.

Qeyd edək ki, cari ilin yanvar ayında ABŞ Səudiyyə Ərəbistanına “Patriot” kompleksləri üçün 730 raketin satışını təsdiqləyib. Sövdələşmənin dəyəri 9 milyard dollar təşkil edib.

Eyni zamanda ABŞ administrasiyası Konqres prosedurlarını keçmədən BƏƏ-yə 8,4, Küveytə 8 və İordaniyaya 70,5 milyon dollar dəyərində silah satışını da təsdiqləyib.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: