ap

Martın 23-də ümummilli tətil ilə əlaqədar olaraq Almaniyanın bütün ərazisində apteklər fəaliyyətini dayandıracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyasında ümumilikdə 160 mindən çox insan iştirak edəcək.

“Aptek müəssisələrinin əməkdaşları xroniki maliyyə çatışmazlığından narazıdırlar. Onların Berlin, Hannover, Düsseldorf və Münxendə nümayişlər keçirəcəkləri gözlənilir”, – deyə nəşr yazıb.

Almaniya Aptekləri Federal Assosiasiyasının rəhbəri Tomas Prays qeyd edib ki, sonuncu dəfə aptek işçilərinin maaşları 13 il əvvəl artırılıb: h

“Halbuki bu dövr ərzində əlavə xərclər 65 %-dən çox artıb. 2013-cü ildən başlayaraq Almaniyada apteklərin ümumi sayının 20 %-i bağlanıb”.

Paylaş: