“İsrailin səması bu gecə raketlərlə işıqlandırılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi “X” hesabında yazıb.
O bildirib ki, hazırda İran İsrail üzərində raket üstünlüyünə sahibdir.
“Bu andan etibarən İsrail üzərində İranın raket üstünlüyünü elan edirəm”, – deyə Musəvi qeyd edib.
Komandan əlavə edib ki, İran silahlı qüvvələri İsrail ərazisinə və regiondakı ABŞ hərbi bazalarına yönələcək növbəti raket hücumlarında yeni taktika və buraxılış sistemlərindən istifadə edəcək.
Aysel Əliyeva
Globalinfo.az