1PWLTKYl636I53Wlak1Z9G4O37TRwg9m9MCKhjFb 1200 9

Braziliyalı aktyor, rejissor, yazıçı və dramaturq Juka de Oliveyra 91 yaşında vəfat edib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə aktyorun yaxınlarına istinadən “Poder360” nəşri məlumat yayıb.

Məlumata görə, o, martın 21-də, səhər saatlarında dünyasını dəyişib.

Juka de Oliveyra tamaşaçılara “Klon” və “Braziliya prospekti” seriallarındakı rolları ilə tanış idi.

Aktyor martın 13-dən San-Paulu şəhərində xəstəxanaların birində reanimasiya şöbəsində müalicə alırdı. Bildirilir ki, o, ürək problemləri fonunda inkişaf edən pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Paylaş: