ABŞ ölkənin 250 illik yubileyini qeyd etmək üçün hazırkı Prezident Donald Trampın təsvir olunduğu xatirə qızıl sikkəsi buraxmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, xatirə sikkəsinin dizaynı artıq xüsusi komitə tərəfindən təsdiqlənib:
“Sikkənin üz tərəfində Ağ Ev rəhbərinin Oval Ofisdəki masasında portreti və üzərində “Azadlıq” yazısı olacaq. Şəklin sol tərəfində 1776 (Müstəqillik Bəyannaməsinin qəbul edildiyi il) rəqəmləri, sağ tərəfində isə 2026 rəqəmləri yazılacaq. Sikkənin alt hissəsində ənənəvi “Tanrıya güvənirik” yazısı olacaq”.
Nəşr qeyd edib ki, xatirə sikkələrinin buraxılışının ABŞ-da uzun bir tarixi var:
“Azadlıq Heykəlinə həsr olunmuş 1986-cı il sikkəsi ən uğurlu sikkə hesab olunur və 15,5 milyondan çox zərb tirajı var. Corc Vaşinqtonun 250 illik yubileyini, 1984-cü ildə Los-Ancelesdə keçirilən Yay Olimpiya Oyunlarını və ABŞ Konstitusiyasının 200 illik yubileyini qeyd edən sikkələr də məşhur idi”.
Əliyar Xəlil
Globalinfo.az