69b440966e93469b440966e935177342069469b440966e93269b440966e933 30

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada bir sıra dövlət rəsmiləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Hikmət Hacıyev “X” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Fransa prezidentlərinin telefon danışığından sonra Parisdə Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarları ilə məhsuldar görüş keçirib.

“İkitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər haqqında fikir mübadiləsi apardıq”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Paylaş: