İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə cavab olaraq Ben-Qurion hava limanında İsrail tanker təyyarəsini vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Səhər saatlarında Əli Laricani və general-mayor Qulamrza Süleymaninin qisası olaraq strateji yanacaq doldurma təyyarələrinin yerləşdiyi yerə PUA-larla zərbələr endirilib”, – deyə yazılıb.
Qeyd edək ki, martın 17-də Ə.Laricani İsrail Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalıb və öldürülüb. Onunla birlikdə oğlu Murtaza Laricani və mühafizə xidmətinin rəhbəri də həlak olub.
Əliyar Xəlil
Globalinfo.az