mucteba

“İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei hazırda sağlam vəziyyətdədir”.

Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, bütün proseslər Xameneinin nəzarəti altında davam edir.

“O, sadəcə yüngül xəsarət alıb. Ali liderin xalqla nə zaman və necə danışmasına gəlincə isə, bəyanat formasında və ya əyani şəkildə müraciət etməsi onun öz qərarından asılıdır”, – Əraqçi qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: