“Ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.
“Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir.
Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir”, – Ə.Əsədov bildirib.
Safura Bənnayeva
Globalinfo.az