hecc 1

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    “Kvotanın tamamlanmasına 11% yer qalıb. Ona görə də Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər”, – Vüsal Cahangiri bildirib.

    Qeyd edək ki, Həcc ziyarətinə son qeydiyyat tarixi martın 7-i müəyyən edilmişdi.

    Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

    Tələb olunan sənədlər:

    1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
    2) Şəxsiyyət vəsiqəsinin surəti;
    3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
    4) Sağlamlıq haqqında arayış.

    Paylaş: