84d1303f 414f 3630 9892 12393bba70ff 1200

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi, “Yeni yol” adlanan ərazidə baş verib.

Belə ki, yolu keçmək istəyən piyadanı “Azsamand” markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən hadisə ilə bağlı araşdırma aparır.

Paylaş: