Rusiya özünə və ölkə vətəndaşlarının əksəriyyətinin səs verdiyi prezidentə etibar etməlidir.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov martın 8-də “Vesti” proqramının jurnalisti Pavel Zarubin ilə söhbətində danışıb.
Onun sözlərinə görə, əsas etimad ölkənin özünə və prezidentə yönəlməlidir.
“Biz özümüzə, ölkəmizin əhalisinin əksəriyyətinin səs verdiyi Prezidentə etibar etməliyik və növbəti seçkilərdə də öz prezidentimizi üstün tutmalıyıq”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov bu fikirləri Rusiyanın İranla dialoq aparan və Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak edən ABŞ nümayəndələrinə etibar edib-etməməsi barədə suala cavab olaraq səsləndirib.
Tahir Turan
Globalinfo.az