foto

ABŞ, İsrail və İran arasında davam edən müharibənin yaratdığı gərginlik fonunda Prezident Donald Tramp dini liderlərlə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüş Oval Ofisdə baş tutub.

Toplantı zamanı dini liderlər ölkənin çətin dövrdə idarə olunması üçün Tanrıdan Trampa hikmət, rəhbərlik və qoruma gücü diləyiblər.

Görüntülər daha sonra sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Videonu paylaşan bir çox istifadəçi görüşü tənqid edərək “Trampın işi artıq keşişlərin dualarına qalıb” kimi şərhlər yazıb.

Dini liderlər çıxışlarında ABŞ Prezidenti Donald Tramp üçün də dua etdiklərini bildiriblər.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: