israil ordusu

İsrailin maliyyə naziri tərəfindən açıqlanan məlumata görə, İrana qarşı hərbi əməliyyatların davam etməsi nəticəsində iqtisadi zərərin həftəlik həcmi 9 milyard şekelə (təxminən 2,9 milyard dollar) çata bilər.

Globalinfo.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, bu itkilər ölkədə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır.

Belə ki, işə gediş-gəliş dayandırılıb, məktəblər bağlanıb və ehtiyat qüvvələr səfərbər edilib.

Nazirlik həmçinin bildirib ki, sərt “qırmızı” rejimdən daha yumşaq “narıncı” – məhdud fəaliyyət rejiminə keçilməsi daha məsləhətlidir. Belə olduqda iqtisadi itkilərin təxminən yarıbayarı azaldılması mümkün olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: