“Hörmüz boğazı növbəti xəbərdarlığa qədər tankerlər üçün açıqdır”.
Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) keçmiş komandanı və Məqsədyönlülük Şurasının katibi general Möhsün Rzaei deyib.
O, həmçinin ABŞ qüvvələrinin və hərbçilərinin İranın zərbələri üçün “qanuni hədəflər” olduğu barədə xəbərdarlıq edib.
Bir gün əvvəl ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına cavab olaraq Hörmüz boğazının gəmilərin keçidi üçün bağlandığı bildirilmişdi.
Qeyd edək ki, Hörmüz boğazı enerji logistikasında əsas rol oynayır – dünya neft tədarükünün təxminən 20%-i və Fars körfəzi ölkələrindən (İraq, Səudiyyə Ərəbistanı, Küveyt , Bəhreyn , Qətər və BƏƏ daxil olmaqla) mayeləşdirilmiş təbii qaz ixracının 30%-ə qədəri Asiya bazarlarına buradan keçir.
Əliyar Xəlil
Globalinfo.az