
“Qarabağ” – “Nyukasl” qarşılaşması rəqib komandanın qələbəsi ilə başa çatıb. “Qarabağ” 2 – 3 “Nyukasl”.
Globalinfo.az xəbər verir ki, bununla da Ağdam təmsilçilərinin Çempionlar Liqasının pley-off mərhələsində iştirakı başa çatıb.
***
“Qarabağ” rəqib qapısına təyin edilən penalti zərbəsindən yararlanıb, ikinci qolu qazanıb.
Globalinfo.az xəbər verir ki, 57-ci dəqiqədə Elvin Cəfərquliyev komandamızın hesabına ikinci qolu yazdıra bilib.
***01:07
“Nyukasl”ın cavab qolu gecikməyib.
Globalinfo.az xəbər verir ki, cəmi 2 dəqiqə sonra “Nyukasl” top fərqini yenidən 2-yə qaldırıb.
***01:05
“Qarabağ” ikinci hissəni qol ilə başlayıb.
Globalinfo.az xəbər verir ki, Kamilo Duran 50-ci dəqiqədə heasbımıza ilk qolu yazdırıb.
***00:05
“Nyukasl” oyunun 6-cı dəqiqəsində ikinci qolunu vurub.
Globalinfo.az xəbər verir ki, bu dəfə komandamızın qapısından qol keçirən Joelinton (6`) olub.
***00:04
“Qarabağ” – “Nyukasl” qarşılaşmasında ilk qol vurulub.
Globalinfo.az xəbər verir ki, ilk qolun müəllifi “Nyukasl”ın futbolçusu Tonali (5`) olub.
***00:00
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Globalinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağıdır.
Oyunu italiyalı Davide Massa idarə edir.
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesablı qələbə qazanıblar.