rt 12

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı Neftçala rayonunun Şorbaçı kənd sakini, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu Neftçala rayonunun Şorbaçı kənd qəbristanlığında dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dəfn mərasimində rayon ictimaiyyəti, FHN-in rəsmiləri – Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Asif Məmmədli və FHN-in Baş yanğın təhlükəsizliyi eksperti Yusif Nəbiyev, FHN-in əməkdaşları, kənd sakinləri, mərhumun qohumları iştirak ediblər.

rt 14 rt 15 rt 16 rt 17

***13:16

Bu gün səhər saatlarında Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Hakim Piriyevin vida mərasimi keçirilir.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, mərhum bu gün Salyan rayonunun Şorsulu kəndində torpağa tapşırılacaq.

Mərasimdə FHN-in rəhbər şəxsləri iştirak edəcək.vb 41

vb 42 vb 43 vb 44 vb 45

Paylaş: