Avstraliyada İranın yüksək rütbəli hərbi rəsmisinin qızına yaşayış hüququ verilməsi ölkədə siyasi müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
“Söhbət yenidən SEPAH-ın keçmiş baş komandanı, hazırda İranın ali rəhbərinin hərbi-strateji məsələlər üzrə müşaviri Yəhya Rahim Səfəvinin kiçik qızı Haniyə Səfəvinin Avstraliyada yaşamaq hüququ almasından gedir.
Məsələ ilə bağlı Liberal Partiyasını təmsil edən senator Deyv Şarma Avstraliya hökumətdən izahat tələb edib.
O, “X” hesabında yazıb:
“Bu, sadəcə şokedicidir. SEPAH-ın sanksiya tətbiq edilmiş komandirinin qızı Avstraliyada daimi yaşayış üçün necə bu qədər tez qeydiyyatdan keçib və viza üçün xarakter testindən necə keçib? Bəs Toni Börk niyə məktubuma cavab verməyib?”
Şarma bununla bağlı hələ ötən ilin noyabrında ölkənin Daxili İşlər naziri Toni Börkə məktub ünvanlayaraq narahatlığını ifadə etmişdi”, – deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az