Rusiya Qərbin Moskvanı təcridetmə planlarını məhv edərək, dünyanın əksəriyyəti ilə əməkdaşlığı təmin edə bilib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O, dünyanın geri dönülməsi mümkün olmayan dəyişikliklər dövrünə daxil olduğunu bildirib:
“Biz təkcə Qərbin Moskvanı təcridetmə planlarını məhv etmədik, həmçinin onun dünyanın əksəriyyəti ilə əməkdaşlığı təmin edə bildik. Rusiyanın dünyadakı çoxluqlar əlaqələri getdikcə daha çox sıxlaşır”.
Qeyd edək ki, Lavrov bu gün Azərbaycana səfər edəcək.
İlkin Həsənov
Globalinfo.az