dosmU0GlXCcD4LIRlAHsnB0ldbrwcaJVNMRlMW8C 1200 4

Beynəlxalq Valyuta Fondunun (IMF) əməkdaşları Azərbaycanın 2026-cı il üzrə IV Maddə missiyasını tamamlayıb.

Globalinfo.az “APA-Economics”ə istinadla xəbər verir ki, bu barədə IMF məlumat yayıb.

Qeyd edilib ki, xanım Anna Bordonun rəhbərlik etdiyi missiya 4–17 fevral 2026-cı il tarixlərində Bakıya səfər edib. Səfərin məqsədi ölkənin iqtisadi vəziyyətini, maliyyə inkişaflarını, iqtisadi perspektivləri, riskləri və dayanıqlı artımı təşviq edən siyasətləri qiymətləndirmək olub.

Missiya hökumətin yüksək vəzifəli rəsmiləri, maliyyə sektoru nümayəndələri və beynəlxalq maliyyə institutları ilə görüşlər keçirib.

Vurğulanıb ki, Missiya ilkin nəticələrə əsasən, IMF İcraiyyə Şurasına müzakirə və qərar üçün təqdim olunacaq hesabat hazırlayacaqlar.

Paylaş: