Rusiya rəsmən qlobal savaş anonsu verdi

Rusiya rəsmən qlobal savaş anonsu verdi

Əgər söhbət ciddi formada Rusiyanın mövcudluğu haqqında olsa, bu, Ukrayna cəbhəsində yox, bütün insan sivilizasiyasının gələcək mövcudluğu ilə birgə həll ediləcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev deyib.

Keçmiş prezident Rusiyasız dünyanın Moksvaya lazım olmadığını bildirib.

Medvedyevin sözlərinə görə, Qərb Rusiyanı SSRİ kimi problemsiz yıxacağına güvənirsə, yanılır:

“Əgər düşünürlərsə ki, SSRİ-ni güllə atmadan yıxdıqları kimi Rusiyanı da problemsiz dağıda biləcəklər, o zaman təhlükəli səhvə yol verirlər”.

İlkin Həsənov
Globalinfo.az