IMG 8655

“Əgər Rusiya Ukraynaya qalib gəlsə, Kremlin növbəti hədəfi bizik”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın XİN başçısı Radoslav Sikorski deyib.

O bildirib ki, Ukraynanın daha bir neçə il müharibəni davam etdirməyə gücü var.

Ukrayna daha üç il Rusiya ilə müharibəni davam etdirməyi planlaşdırır, bunun üçün resursları var, lakin biz bilirik ki, kolonial müharibələr adətən onilliklərlə davam edir. İnanmıram ki, Rusiya özü müharibəyə üç il davam gətirə bilsin”, — Sikorski deyib.

Polşalı nazir qeyd edib ki, ölkəsi mümkün təhlükəni nəzərə alaraq müdafiə xərclərini artırıb. Həmçinin Avropa İttifaqının bütün üzvlərini müdafiə sahəsində birgə əməkdaşlığa çağırıb.

“Hesab edirəm ki, -yə üzv ölkələrin özünün müdafiə potensialı olmalıdır. Biz hər dəfə fövqəladə hal yarandıqda ABŞ-yə müraciət etməməliyik”, – o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: