5fd67a57 a10e 4e4b a227 bf9b9e96b5ed 981f1c8d 7e11 42d3 8443 b399d22c6b0b

Son vaxtlar bəzi restoran və ictimai iaşə obyektlərində müştərilərdən “powerbank” xidmətinə görə əlavə ödəniş tələb olunması narazılığa səbəb olur. Qiymətlər isə 1 manatdan 15 manatadək dəyişir.

Globalinfo.az-ın xəbərinə görə, belə hallardan biri ilə qarşılaşan vətəndaş “Xəzər Xəbər”ə bildirib ki, ad günü münasibətilə dostları ilə restorana gedib. Menyu təqdim edilsə də, “powerbank” xidməti ilə bağlı hər hansı qiymət qeyd olunmayıb. Telefonunu təxminən 10 dəqiqə enerji ilə təmin etmək üçün “powerbank” istəyən müştəri hesab gələndə 15 manat əlavə ödəniş yazıldığını görüb.

“Əvvəl elə bildim ki, zarafatdır, amma məlum oldu ki, sadəcə 10 dəqiqəlik istifadə üçün 15 manat hesablanıb”, – deyə o qeyd edib.

Ətraflı videoda:

Paylaş: