f6548a06 4b6d 3a34 9c8b e53b2ca8d51c 850

İngiltərənin “Nyukasl Yunayted” klubunun azarkeşləri “Qarabağ“la keçiriləcək matçdan öncə əfsanəvi futbol hakimi Tofiq Bəhramovu yad ediblər.

Globalinfo.az xəbər verir ki, bununla bağlı idman jurnalisti Sənan Şəfizadə paylaşım edib.

O, ingilis mediasının oyun öncəsində Azərbaycanın əfsanəvi futbol hakimini yenidən yada saldıqlarını bildirib.

“Qonaqlar soruşurdu, axtarırdı. İngilis mediası onu hər zaman xatırlayır. Səhər tezdən ilk olaraq Tofiq Bəhramovu çəkdilər”, – S.Şəfizadə yazıb.

Qeyd edək ki, Tofiq Bəhramov 1966-cı il Dünya Çempionatının finalında İngiltərənin Almaniyanın qapısına vurduğu qolu sayaraq tarixi qərara imza atmışdı. Almanlar hələ də həmin epizodun qol olmadığını iddia edirlər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: