160924 44 MC999sud Pezeskian

Son hadisələrin qurbanlarının xatirəsini hörmətlə anıram və onların ailələrinə başsağlığı verirəm.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian yanvar etirazlarında öldürülənlərlə bağlı deyib.

İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf da oxşar bəyanat səsləndirib:

“İsrail və Amerika fitnəsi nəticəsində öldürülən və yaralananları xatırlayırıq. İran övladlarının şəhid olmasının 40-cı gününü yas tutur”.

Qeyd edək ki, İran rəsmi şəkildə öldürülənlərin sayının 3171 nəfər olduğunu bildirib.

Qeyri-rəsmi məlumatlarda isə ölü sayının 30 mindən çox olduğu iddia olunur.

Paylaş: