kemaleddin musavie

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Kəmaləddin Heydərovun müavinlərindən biri idi. O, məhkəmənin atası barəsində həbs qərarı çıxarmasından sonra işdən azad edildi. Bu prosesinin FHN-də bir növ təmizləmə əməliyyatı olmasına dair iddialar səsləndirilir.

1(29)

Faiq Tağızadə

2(28)

Etibar Mirzəyev

3(525)

Orucəli Hacıyev

Paylaş: