ramiz mehdiyev 9123 900x713 1

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin cinayət işi, o cümlədən dövlət çevrilişinin planlanmasında iştirak edən digər şəxslərlə bağlı məlumatları ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfərindən dərhal sonra açıqlaması diqqət çəkir.

Ekspertlər hesab edirlər ki, bu, ölkə daxilində 5-ci kolonun xain planlarının ifşası ilə yanaşı, Rusiyaya verilən növbəti diplomatik mesaj kimi də qiymətləndirilə bilər.

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Azərbaycan hüquqi dövlətdir və kimliyindən asılı olmayaraq hər kəs gec-tez öz əməlinə görə cavab verəcək:

“Prezident dəfələrlə çıxışlarında bu məsələyə toxunub. Ramiz Mehdiyev uzun müddət dövlət strukturlarında çalışmış, kifayət qədər əlaqələri olan bir şəxsdir. Uzun illər dövlətin müxtəlif qurumlarında məsul vəzifələrdə olub. Onun barəsində açılan cinayət işi isə ABŞ-ın vitse-prezidentinin ölkəmizə səfərindən bir neçə ay əvvəl başlanıb, yəni bu səfərin onun işinə heç bir aidiyyəti yoxdur.

azad mesiyev
Azad Məsiyev 

Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyədədir. İki ölkə prezidentlərinin əlaqələri yaxşıdır və hətta 2022-ci ilin fevral ayında 43 maddədən ibarət dostluq sazişi imzalanıb. Təəssüf ki, bəziləri şəxsi ambisiyalarından irəli gələn addımlar atıb. Lakin bu, ölkənin Rusiya ilə münasibətinə təsir etmir. Kimlərsə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirsə, bu, cinayətdir. Ümumiyyətlə, digər xarici xidmət orqanları ilə əməkdaşlıq edən şəxslər də cinayət məsuliyyətinə cəlb olunurlar.

Ramiz Mehdiyevin bu barədə təcrübəsi var; istər sovet dövründə, istər müstəqillik illərində müxtəlif işlər görüb. Lakin onun bu addımı bağışlana bilməz. Dövlət imkanlarından istifadə edərək böyük həcmdə mal əldə edib və bu səbəbdən dövlət xəyanəti bağışlanmır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: