Kremlin nümayəndələri fevralın 19-da keçirilməsi planlaşdırılan “Sülh Şurası”nın ilk iclasında iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Kremldən heç kim sözügedən toplantıya qatılmağı planlaşdırmır:
“Şura ilə bağlı məsələ hələ də Xarici İşlər Nazirliyində işlənmə mərhələsindədir”, – Peskov bildirib.
Daha əvvəl “The New York Times” qəzeti dəvət məktubuna və rəsmi şəxslərin açıqlamalarına istinadən yazıb ki, “Sülh Şurası”nın ilk iclası fevralın 19-da Vaşinqtonda keçiriləcək.
Əliyar Xəlil