Belarus Prezidenti Aleksandr Lukaşenko Qəzza Sülh Şurasının ilk iclasında iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eismont məlumat verib.
O bildirib ki, Sülh Şurası liderlərinin ilk görüşünə dəvət çox gec gəlib.
“Prezidentin əvəzinə Belarusu ilk görüşdə xarici işlər naziri Maksim Rıjenkov təmsil edəcək. ABŞ-a səfər etməkdən məmnun olardıq, amma təxirə salına bilməyən məsələlər var”, – deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, 16 yanvarda ABŞ Prezidenti Donald “Sülh Şurası”nın yaradıldığını elan edib.
Əliya Xəlil
Globalinfo.az