Gunther Fehlinger edt

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri beynəlxalq siyasi gündəmdə böyük maraqla izlənilir. 

Globalinfo.az xəbər verir ki, NATO-nun Balkanlarda Genişlənməsi üzrə Avstriya Komitəsinin sədri Günter Felinqer-Cahnın X-da səfərlə bağlı paylaşımı isə xüsusi diqqət çəkib. 

O, Vensin səfəri ilə bağlı Prezident İlham Əliyevin paylaşımını səhifəsinə qeyd edərək “Azərbaycanı NATO-ya qoşulmağa çağırıram” – sözləri ilə yenidən paylaşıb.

Qeyd edək ki, Ceyms Devid Vens bir gün öncə Ermənistana səfər etsə də, siyasətçi bu ölkə ilə bağlı eyni çağırışı səsləndirməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: