WhatsApp Image 2026 02 10 at 23.59.42

Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında respublikanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan oğlu Adam Kadırovla birgə şam yeməyindən görüntülər paylaşıb.

Globalinfo.az xəbər verir ki, videoda həmçinin Çeçenistan rəhbərinin köməkçisi Vismurat Əliyev və daha üç nəfərin şirniyyatlarla dolu masa arxasında çeçen dilində söhbət etdikləri əks olunub.

Kadırov paylaşımı şərh edərək bildirib:

“Əziz qardaşım, Çeçenistan Respublikası rəhbərinin köməkçisi Vismurat Əliyev və Təhlükəsizlik Şurasının katibi Adam Kadırovla gecə naharı etdik. Adam son vaxtlar yayılan şayiələrə baxmayaraq, sağlamdır”.

Adam Kadırovun videoda görünməsi onun guya ağır yol-nəqliyyat qəzasına düşməsi ilə bağlı yayılan şayiələr fonunda diqqət çəkib.

Qeyd edək ki, yanvarın 17-də sosial şəbəkələrdə mümkün qəza ilə bağlı məlumatlar yayılmışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: