Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətində yerləşən Zalizniçnoye kəndini nəzarətə götürdüyünü açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Nazirliyin məlumatına görə, əməliyyatda Ukrayna müdafiəsinin dərinliklərinə doğru irəliləməni davam etdirən “Şərq” qoşunlar qrupunun bölmələri iştirak edib.
Bildirilir ki, qrupun bölmələri hücum əməliyyatlarını davam etdirərək sözügedən yaşayış məntəqəsini nəzarətə alıblar.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl də Zaporojye vilayətində Staroukrainka kəndinin, eləcə də Donetskin Stepanovka yaşayış məntəqəsinin nəzarətə götürüldüyü barədə məlumat yaymışdı.
Tahir Turan
Globalinfo.az