1764396543 orban

“Macarıstan Baş naziri Viktor Orbanın Kiyevlə bağlı mövqeyi onun Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı şəxsi düşmənçiliyindən qaynaqlanır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri yüksək vəzifəli Avropa İttifaqı (Aİ) diplomatına istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Macarıstan liderinin Kiyevə qarşı düşmənçiliyinin dərin kökləri var.

Nəşr qeyd edir ki, siyasətçilər dəfələrlə sərt açıqlamalar veriblər. Zelenski Budapeşti “kiçik Moskva” adlandırıb, Orban isə Ukraynanı korrupsiyada və Macarıstanın suverenliyinə təhdidlərdə ittiham edib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: