Gürcüstanda Türkiyə ilə sərhəddən başlayaraq Azərbaycan və Ermənistan sərhədlərinədək uzanan magistral yolun əsas hissələrinin inşasının 2030-cu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Geoegia Today”ə məlumat verib.
Baş nazir bildirib ki, hökumət Gürcüstanın regiondakı strateji mövqeyindən maksimum səmərə ilə istifadə etməyi qarşısına məqsəd qoyub.
Onun sözlərinə görə, ölkənin nəqliyyat-logistika imkanlarının genişləndirilməsi prioritet istiqamətlərdən biridir və bu sahəyə əhəmiyyətli maliyyə vəsaitləri yönəldilir.