zelenski 1 2

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mediasında yayılan iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, o, Donbasdan imtina etməyəcəklərini açıqlayıb.

Rusiya tərəfinin dünyanın müxtəlif ölkələrindən Donbası öz ərazisi kimi tanımasını tələb etməsinə münasibət bildirən Zelenski deyib ki, bu qərar heç bir real nəticə verməyəcək. Çünki həmin torpaqların taleyini müəyyən etmək hüququ yalnız Ukrayna hökumətinə və prezidentinə məxsusdur.

O, Ukraynanın bir hissəsi olan Donbasın “müvəqqəti işğal edilən ərazi” statusuna malik olduğunu xatırladıb. Bu iddiaların Ukraynanın müstəqilliyinə təsir etməyəcəyini vurğulayıb.

Prezident bildirib ki, əgər Ukrayna bu müharibəni uduzsa, ölkə müstəqilliyini itirəcək və Rusiyanın tərkibinə daxil olacaq. Bu isə tamamilə dəhşətli itki sayılacaq. Ancaq Zelenski buna inanmadığını, Ukraynanın qalib gələcəyinə əmin olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: