Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidə baş tutan danışıqlarının ikinci raundu konstruktiv keçib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov danışıqların yekunlarına əsasən bildirib.
“Danışıqlar həqiqətən də konstruktiv keçib. Keyfiyyətli təşkilatçılığa və vasitəçiliyə görə ABŞ və BƏƏ-yə minnətdaram”, – o deyib.
O, hələlik danışıqlarla bağlı əldə olunan digər təfərrüatları açıqlamayıb.
Bu gün daha əvvəl Rusiya və Ukrayna Əbu-Dabidəki razılaşmalar çərçivəsində 157-nin 157-yə formulu ilə hərbi əsir mübadiləsi həyata keçiriblər.