1649165784 5f5f57ec5619f usa tanks 1

Böyük Britaniyanın “Challenger 2” və ABŞ-ın “Abrams” tankları manevr döyüş təlimləri üçün Rusiya sərhədi yaxınlığında yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” (MWM) jurnalı məlumat yayıb.

“ABŞ və Böyük Britaniya ordusu tanklarını Rusiya sərhədindən təxminən 100 kilometr aralıda keçiriləcək Qış Düşərgəsi təlimində iştirak etmək üçün göndəriblər. Bu, Rusiya ilə Qərb bloku dövlətləri arasında gərginliyin olduğu bir vaxtda Moskvaya güclü bir mesajdır”, – deyə bildirilib.

Qeyd edək ki, yanvar ayında Britaniya Kral Dəniz Piyadalarının Rusiya ilə potensial münaqişə vəziyyətində Norveçin şimalındakı Viking Düşərgə bazasında ekstremal təlimlər keçirdiyi bildirilmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: