volodin 1

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünü “Rusiyaya qarşı döyüşən” biri kimi təqdim edir”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O bildirib ki, bu yolla diplomat xanım valideynlərinin sovet keçmişindən uzaqlaşmağa çalışır:

“Kallasın atası Estoniya SSR-in dövlət xadimi olub. O, valideynlərinin sovet keçmişini inkar etməyə çalışır”.

Volodin Aİ diplomatının “Rusiya son 100 ildə ən azı 19 ölkəyə, bəzilərinə isə üç-dörd dəfə hücum edib” açıqlamasına belə cavab verib:

“Kaya Kallas sağlam düşüncəyə və tarixi faktlara zidd olan açıqlamalar verir. Belə ölkələrin siyahısı yoxdur. O, məktəbdə tarixi zəif öyrənib. Yaxud da ümumiyyətlə öyrənməyib. Yəqin ki, dərslərə getməyib. Bu, atasının o dövrdəki yüksək rəsmi mövqeyi ilə bağlı idi. Psixiatrlar deyirlər ki, bütün problemlər uşaqlıqdan qaynaqlanır. Kallas həkimə müraciət etməlidir”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: