“Rusiya Prezidenti Vladimir Putinin bütün Donbası ələ keçirməsi üçün ən azı iki il vaxt lazım olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rusiya bizim Donbası tərk etməyimizi istəyir. Niyə? Çünki onlar bu müharibəyə başlayanda bir qələbə də qazanmadılar. Rusiya ordusunun Ukrayna torpağının hər metri üçün hansı qiyməti ödədiyini çox yaxşı başa düşürük. Ölənləri saymırlar. Şərqi Ukraynanın fəthi onlara daha 800.000 cəsədə başa gələcək”, – deyə dövlət başçısı bildirib.
Zelenski həmçinin rusların Ukrayna cəmiyyətinə təzyiq göstərmək üçün soyuq havalardan istifadə etdiyini deyib.
Onun sözlərinə görə, infrastruktura və mülki şəxslərə edilən hücumlar Ukraynanı sözdə “kompromis”i qəbul etməyə məcbur etmək məqsədi daşıyır:
“Ruslar başa düşmürlər ki, mülki şəxslərə nə qədər çox hücum etsələr, öldürsələr, müharibə qaydalarını pozsalar, iki ölkə arasında kompromis perspektivini bir o qədər çox uzaqlaşdırırlar”.
Əliyar Xəlil
Globalinfo.az