cumhurbaskani erdogan misirda e3ad

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə rəsmi səfərdədir. 

Globalinfo.az xəbər verir ki, Türkiyə liderini Qahirə Beynəlxalq Hava Limanında Misir Prezidenti Əbdülfəttah Sisi və xanımı qarşılayıb.

Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, Türkiyənin xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, gənclər və idman naziri Osman Aşkın Bak, milli müdafiə naziri Yaşar Güler, səhiyyə naziri Kamal Memişoğlu, rabitə naziri Bürhanəddin Duran və Prezident Administrasiyasının bir sıra rəsmiləri də səfərdədirlər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: