es 1

Axşam saatlarından davam edən güclü külək nəticəsində saat 12.00-a olan məlumata əsasən Bakıda 37 ağac sınıb.

Bu barədə  Globalinfo.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd olunub ki, həmçinin 23 ağacın budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sınan ağac və qırılan budaqları götürərək ərazini təmizləyirlər.

Xatırladaq ki, qeyri-sabit hava şəraiti fevralın 7-dək davam edəcək.

***11:07

Fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19 ağac sınıb, 15 ağacın budaqları qırılıb.

Bu barədə Globalinfo.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

    Bildirilib ki, dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:

    “Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir”.

    WhatsApp Image 2026 02 04 at 10.40.29
    WhatsApp Image 2026 02 04 at 10.40.31
    WhatsApp Image 2026 02 04 at 10.40.31 1
    WhatsApp Image 2026 02 04 at 10.40.31 2
    WhatsApp Image 2026 02 04 at 10.40.30 2
    Ekran %C5%9F%C9%99kli 2026 02 04 105100

    Paylaş: