ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Cefri Epşteynin Adolf Hitlerin tərcümeyi-halı və Nasist Almaniyası lideri ilə bağlı faktlarla maraqlandığı üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı ABŞ Ədliyyə Nazirliyinin məlumat bazasında yer alan materialları araşdırarkən aşkar ediblər.
Məlumata görə, ABŞ agentliyinin əvvəllər dərc edilən sənədlərində Üçüncü Reyxin lideri Adolf Hitler haqqında onlarla məqalə yer alır. Bundan əlavə, Epşteynin şəxsi yazışmalarında və elektron məktublarında Hitlerlə bağlı məlumat mübadiləsi apardığı müəyyən edilib.
Jurnalistlərin araşdırmasına əsasən, Epşteyn bəzi e-poçt yazışmalarında Nasist Almaniyasının kanslerini liderlik keyfiyyətləri baxımından müzakirə edib.
O, həmçinin sağçı baxışlara sahib tanışlarından birini, ifrat solçu kimi təsvir etdiyi başqa bir şəxslə müqayisə edərək onları “Hitler və Qandi hot-doq yeyərkən” ifadəsi ilə xarakterizə edib.
Sənədlərdə Epşteynin 1908-ci ildə Adolf Hitlerin Epşteyn ailəsi tərəfindən dəstəkləndiyi iddia edilən evsizlər üçün sığınacağa baş çəkdiyini qeyd etdiyi də yer alır. Epşteyn bu faktın mediada geniş işıqlandırılmasının mümkünlüyündən narahatlığını ifadə edib.
Tahir Turan
Globalinfo.az