survivor yarismacisi baris murat yagci havalimaninda gozaltina alindi kalu

Türkiyəli aktyor, “Suvivor 2026” yarışının iştirakçısı Barış Murat Yağcı ölkəsinə qayıdarkən hava limanında saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, aktyor Türkiyə polisinin narkotik ticarəti və istifadəsi ilə bağlı məşhurlar arasında keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində polis tərəfindən saxlanılıb.

Məlumata görə, onun barəsində saxlanılma qərarının verilməsi səbəbilə “Suvivor”dan kənarlaşdırılıb.

Aktyorla bərabər haqqında saxlanılma qərarı çıxarılan 11 nəfər isə analiz verdikdən sonra sərbəst buraxılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: