img 20260128 wa0134 9

İranın Əhvaz şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə idarəsinin rəisi Babək Rabiei bildirib.

Qeyd edək ki, bu gün İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində yaşayış binasında partlayış olub.

Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bir neçə Telegram kanalı SEPAH komandiri Əlirza Təngsirinin Bəndər Abbasdakı partlayışda ölməsi barədə məlumat yaysa da, “Tasnim” agentliyi bunu təkzib etmişdi.

Paylaş: