4287dd45 bd5d 4a5d acc8 6dd6dfdac302 2

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistana səfər edib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Xələf Xələfov Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

Görüş zamanı Xələf Xələfov Azərbaycanın AQEM-ə (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) sədrliyi altında həyata keçirilən və gələcəkdə həyata keçiriləcək təşəbbüslər barədə İshaq Darı məlumatlandırıb.

Pakistan XİN rəhbəri ölkəsinin Azərbaycanın bu platformaya sədrliyini dəstəklədiyini və regional əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi səylərə dəstəyini ifadə edib.

Tərəf qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün perspektivlər ətrafında fikir mübadiləsi aparıb.

Image TG UPB 2 Putins Ambition 0

Paylaş: