ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışından sonra verdiyi açıqlamada özünü diktator adlandırıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə Davosdakı çıxışından sonra danışıb.
Amerika liderinin sözlərinə görə, çıxışı yüksək qiymətləndirilib, baxmayaraq ki, o, adətən tənqidçilər tərəfindən “dəhşətli diktator” kimi təsvir olunur. Tramp bildirib ki, bu dəfə belə ifadələr səsləndirilməyib.
“Mən diktatoram. Amma bəzən diktatora ehtiyac olur. Bu halda, onlar bunu demədilər”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tahir Turan
Globalinfo.az