balaeli

Meyxanaçı Balaəli “Zarafat bir yana” verilişindəki açıqlaması ilə müzakirələrə səbəb olub. 

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı geyim brendi yaratmaq istədiyini deyib. O bildirib ki, bunun üçün Çinə getməyi planlaşdırır. Balaəli Çinin başqa, “Kitay”ın başqa ölkə olduğunu deyərək, gündəmə gəlib:

“Kitayda fabrikə gedəcəyəm, orada istehsal ediləcək. Çin ayrıdı, Kitay ayrı. Yaponiya, Koreya, Çin hamısı Kitaydı. Xəritəyə baxın”.

Daha sonra brendləri müqayisə edən meyxanaçı “Gucci” aşağısəviyyəli brenddir. Hamı onu ala bilər” sözləri ilə studiyadakıları güldürüb.

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Paylaş: